Andris Ozols: “Baltik ölkələri Azərbaycana öz məhsullarını satmaqda maraqlıdırlar”

Andris Ozols: “Baltik ölkələri  Azərbaycana öz məhsullarını satmaqda maraqlıdırlar”
# 20 noyabr 2015 20:34 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Latviya və Azərbaycan arasında əlaqələrdə hər il artım müşahidə olunur. Latviyalılar Azərbaycanı, azərbaycanlılar isə Latviyanı çox yaxşı tanıyırlar. Əgər bu gün ölkələr arasında 30 milyon avro həcmində ticarət əlaqələri mövcuddursa, deməli, hələ istifadə olunmamış potensial var".

APA-nın məlumatına görə, bunu Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin baş direktoru Andris Ozols deyib.

"Düşünürəm ki, Latviya Azərbaycan üçün böyük bazarlara - Skandinaviya ölkələri, Almaniya və s. bazarlarına çıxış baxımından maraqlıdır. Baltik ölkələri də Azərbaycana öz məhsullarını satmaqda maraqlıdırlar. Bu baxımdan, əlaqələr hər iki tərəf üçün sərfəlidir. Biz vaxtilə Azərbaycanla eyni ölkədə və ya ölkələr qrupunda yaşamışıq. İndi Latviya Avropa İttifaqındadır. Lakin burada azərbaycanlılara qarşı isti münasibətlər qalır".

Andris Ozoils əlavə edib ki, Latviyada xarici investisiyaların ölkəyə cəlb edilməsi proqramı həyata keçirilir. Bundan Azərbaycan şirkətləri və Azərbaycan vətəndaşları da yararlanırlar.

Andris Ozoils məlumat verib ki, noyabrın 24-dən Bakıda "Latviya günləri" keçiriləcək. Latviyanın iqtisadi inkişaf nazirinin rəhbərlik etdiyi böyük heyət Azərbaycana səfər edəcək, iqtisadi və mədəni proqramlar həyata keçiriləcək. Agentlik rəhbəri bildirib ki, bu, latviyalı sahibkarlar üçün öz məhsullarını Azərbaycan bazarına çıxarmaq imkanı yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR