Karl Bildt Ukraynanın baş naziri olacağı barədə xəbərləri əsassız adlandırıb

Karl Bildt Ukraynanın baş naziri olacağı barədə xəbərləri əsassız adlandırıb
# 27 yanvar 2016 07:00 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İsveçin sabiq baş naziri Karl Bildt Ukraynanın hazırkı baş naziri Arseniy Yatsenyuku bu postda əvəz etmək niyyətində olmadığını bildirib.

APA-nın xəbərinə görə, o, “Dagens Nyheter” qəzetinə müsahibəsində deyib ki, Ukraynanın yaxşı baş naziri var. Onun əvəzləmək üçün heç bir səbəb görmür.

Siyasətçinin sözlərinə görə, onun Ukrayna Nazirlər Kabinetinin rəhbəri ola biləcəyi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur.

Qeyd edək ki, Ukraynanın “Qlavkom” nəşri Prezident Administrasiyasındakı mənbəyə istinadən Ukrayna hökumətinə İsveçin sabiq baş naziri Karl Bildtin rəhbərlik edə biləcəyi lə bağlı xəbər yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR