Azərbaycanda kommersiya banklarının xarici borclanması artıb

Azərbaycanda kommersiya banklarının xarici borclanması artıb
# 04 oktyabr 2016 14:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 213,4 mln. manat və ya 3,42% artaraq 2016-cı ilin sentyabr ayının 1-nə 6 459,6 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin iyul ayı ilə müqayisədə avqustda bankların xarici borclanması 11,3 mln. manat və ya 0,18% artıb.

Ümumiyyətlə, 2015-ci ilin dekabrı ilə müqayisədə bu ilin avqustunda bankların məcmu xarici öhdəliklərin həcmi 1 744,9 mln. manat və ya 21,27% azalıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2016-cı ilin sentyabrın 1-nə 4 199,4 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 243,2 mln. manat və ya 5,47% azdır. Məcmu xarici aktivlərin həcmində bu ilin iyul ayı ilə müqayisədə avqustda 296,7 mln. manat və ya 6,6%-lik azalma baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR