Müsavat qurultayından narazı qalanların şikayətinə baxılıb

Müsavat qurultayından narazı qalanların şikayətinə baxılıb
# 29 yanvar 2016 07:25 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Binəqədi Rayon Məhkəməsində Müsavat Partiyasının sonuncu qurultayının nəticələrindən narazı qalan bir qrup şəxsin şikayəti əsasında məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən məhkəmədə şikayətlərə baxılıb, vəsatətlər qaldırılıb. Şikayətçi tərəfin vəsatətləri təmin edilməyib.

Növbəti məhkəmə prosesi fevralın 12-ə təyin edilib.

Qeyd edək ki, Müsavatın ötən il sentyabrın 27-də keçirilən qurultayında Arif Hacılı partiya başqanı seçilib. Qurultayın nəticəsindən narazı qalanlar isə məhkəməyə müraciət edərək, nəticələrin ləğv olunmasını tələb ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR