BAXCP Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının tamhüquqlu üzvü olub

BAXCP Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının tamhüquqlu üzvü olub
# 13 noyabr 2015 11:58 (UTC +04:00)

Bakı – APA. Bu gün Tunisdə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (Alliance of European and Reformists – AECR) Şurasının illik konfransı başlayıb.

BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransı giriş sözü ilə açan alyansın prezidenti Jan Zahradil konfranslararası dövrdə görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.

AECR prezidentinin çıxışı zamanı tərəfdaş və üzv partiyalarla birgə həyata keçirilən layihələr barədə qısa filmlər nümayiş etdirilib.

Sonra alyansın icraçı direktoru Riçard Milsom üzv partiyalara maliyyə hesabatını təqdim edib və növbəti il ərzində həyata keçiriləcək layihələr barədə məlumat verib.

Çıxışların ardınca yeni üzvlərin qəbulu barədə məsələnin müzakirəsinə başlanılıb. Alyansın üzvlüyünə namizəd olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, İtaliya Mühafizəkarlar və İslahatçılar Partiyası, Finlandiya Finlər Partiyası və Slovakiya Azadlıq və Həmrəylik Partiyasının rəhbərləri təqdimat nitqi ilə çıxış ediblər.

BAXCP sədri Qüdrət Həsənquliyev çıxışı zamanı partiyanın fəaliyyətindən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin tənzimlənməsindən, Azərbaycanda keçirilən son seçkilərdən və BAXCP-nin prioritetlərindən danışıb. BAXCP sədrinin çıxışı zamanı partiyanın fəaliyyətini əks etdirən slayd nümayiş olunub.

Sonra alyansa yeni üzv olan partiyaların sədrləri Reykyavik bəyannaməsini imzalayıblar. BAXCP sədri ilə Reykyavik bəyannaməsini AECR-in prezidenti J. Zahradil imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR