"Kapital Bank": SOCAR istiqrazları bankları depozit siyasətinə yenidən baxmağa məcbur edə bilər

"Kapital Bank": SOCAR istiqrazları bankları depozit siyasətinə yenidən baxmağa məcbur edə bilər
# 16 sentyabr 2016 10:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. SOCAR istiqrazlarına ciddi marağın yaranması banklardan depozit axınına səbəb olarsa, bank sektorunun iştirakçıları depozit siyasətinə yenidən baxmalı olacaq.


"APA-Economics" xəbər verir ki, bunu "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

"Təbii ki, dollarda olan depozitlərin faiz dərəcələri üzrə müəyyən korreksiyalar qaçılmazdır. SOCAR istiqrazları bazarda bir ilkdir və ona görə, bu barədə danışmaq hələlik tezdir", - deyə R. Allahverdiyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR