Nabranda istirahət mərkəzində qətl törədən şəxsin məhkəməsi olub

Nabranda istirahət mərkəzində qətl törədən şəxsin məhkəməsi olub
# 15 aprel 2016 10:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramin Abbaslı və Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə bir neçə şahidin məhkəməyə gəlmədiyi bildirilib. Hakimlər həmin şəxslərin məhkməyə məcburi gətirilmələri barədə qərar qəbul edilib.

Prosesdə R. Abbaslının atası Etibar Abbasov ifadə verib. O bildirib ki, oğlu ona zəng edərək adam bıçaqladığını deyib.

Məhkəmə prosesi aprelin 22-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyun ayında Nabrandakı istirahət mərkəzlərinin birində baş verib. Hüseyn Rüstəmov və Ramin Abbaslı Nabranda tələbə yoldaşları ilə birgə istirahətdə olarkən Famil Məmmədov adlı şəxslə mübahisə edib. Nəticədə həmin şəxslər F.Məmmədovu qətlə yetiriblər.

H.Rüstəmov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və R.Abbaslı isə 221-ci (xuliqanlıq) maddəsi ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR