Azərbaycanın "Eurovision" təmsilçisi Moskvada çıxış edəcək

Azərbaycanın "Eurovision" təmsilçisi Moskvada çıxış edəcək
# 28 mart 2016 16:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Eurovision - 2016” mahnı müsabiqəsinin 10 iştirakçısı aprelin 3-də Moskvadakı “İzvestia Hall”da çıxış edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, konsert proqramında Rusiyanı builki yarışmada təmsil edən Sergey Lazarevlə yanaşı, Azərbaycan təmsilçisi Səmra Rəhimli, eləcə də Albaniya, İsveçrə, Makedoniya, Ermənistan, Kipr, İspaniya, Malta, Moldova və Belarus təmsilçiləri də çıxış edəcəklər.

Qeyd edək ki, S. Rəhimli müsabiqədə “Miracle” (“Möcüzə”)” mahnısını ifa edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR