Ərdoğan Obamanın Rakka şəhərini İŞİD-dən təmizləmək barədə təklifini qəbul edib

Ərdoğan Obamanın Rakka şəhərini İŞİD-dən təmizləmək barədə təklifini qəbul edib
# 07 sentyabr 2016 08:30 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ankara Vaşinqtonun Suriyanın Rakka şəhərinin İŞİD terrorçu qruplaşmasından azad edilməsi ilə bağlı təklifini qəbul etməyə hazırdır.

APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib.

“İŞİD-in əsas mərkəzi Rakka şəhəridir. ABŞ prezidenti Barak Obama Türkiyə ilə birlikdə Rakka şəhərinin azad edilməsini istədiklərini bildirib. Cavab verdik ki, bizim tərəfimizdən heç bir problem yoxdur və təklif etdik ki, hərbçilərimiz bir araya gələrək bu məsələni müzakirə etsinlər”, - deyə Türkiyə prezidenti qeyd edib.

R. T. Ərdoğan diqqətə çatdırıb ki, Türkiyə regionda mövcud olduğunu göstərməli və geri addım atmamalıdır. O qeyd edib ki, Ankaranın Vaşinqtonla birgə Suriyanın şimalında əməliyyatlar həyata keçirməklə bağlı heç bir problemi yoxdur.

Qeyd edək ki, Rakka şəhəri 2013-cü ildən terrorçuların nəzarətindədir. İŞİD şəhəri "paytaxt" elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR