Şirvanda zibil poliqonundan yeni doğulmuş uşaq meyiti tapılıb

Şirvanda zibil poliqonundan yeni doğulmuş uşaq meyiti tapılıb
# 10 mart 2016 19:43 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan şəhərində yerli sakinlər zibilliyə atılmış yedi aylıq oğlan uşağının meyitini aşkarlayıblar.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhərində yerləşən məişət tullantıları poliqonundan yerli sakinlər tərəfindən yeni doğulmuş uşaq meyitinin tapılması barədə Şirvan polis şöbəsinə məlumat verilib. Körpənin meyiti Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə təhvil verilib. Mərkəzdə meyitin müayinəsi zamanı onun 7 aylıq hamiləlikdən sonra ölü doğulduğu barədə ilkin rəy verilib. Uşağın meyitinin kim tərəfindən atıldığı məlum deyil.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR