Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının “Fəxri Qızıl Nişanı” və diplomu ilə təltif olunub

Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının “Fəxri Qızıl Nişanı” və diplomu ilə təltif olunub
# 07 oktyabr 2016 07:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Beynəlxalq Mühəndislik Akademiyasının vitse–prezidenti, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) “Fəxri Qızıl Nişanı” fərqlənmə nişanı və diplomu ilə təltif olunub.

APA-nın Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən verdiyi məlumata görə, akademik Arif Paşayev bu mükafata Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının qərarı ilə akademiyanın işində xüsusi fəaliyyətinə və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR