Bu gün Bakının iki rayonunda qaz təchizatı məhdudlaşdırılacaq

Bu gün Bakının iki rayonunda qaz təchizatı məhdudlaşdırılacaq
# 05 oktyabr 2016 07:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakı şəhəri Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması ilə əlaqədar oktyabrın 05-də saat 09:00-dan 18:00-dək Yasamal rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin qaz təchizatına təsir göstərməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR