QHT sədrinin apellyasiya şikayəti təmin olunmayıb

QHT sədrinin apellyasiya şikayəti təmin olunmayıb
# 11 yanvar 2017 06:56 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində terror barədə bilə-bilə yalan məlumat vermədə təqsirləndirilən Aydın Xudiyevin apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A. Xudiyev apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

İttiham aktına görə, A. Xudiyev 2015-ci ilin iyunun 12-də, I Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xidmətinə zəng edərək stadiona bomba qoyulduğunu bildirib. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, A.Xudiyev "Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə" İctimai Birliyinin rəhbəri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR