Prokuror "Dəmirbank"ın keçmiş filial müdirinə cəza istəyib

Prokuror "Dəmirbank"ın keçmiş filial müdirinə cəza istəyib
# 01 iyun 2018 15:43 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Fərəh Rəşadətli, Fariz Qarayev və Tamamgül Xanlarovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, F. Rəşadətlinin 10 il, F. Qarayevin 1 il müddətinə azadlıqdan məhrum olunmasını, T. Xanlarovanın isə 2 il islah işlərinə cəlb edilməsini istəyib. Proses iyunun 8-də davam etdiriləcək.

Qeyd edək ki, F. Rəşadətli “Dəmirbank”ın filial müdiri olub, T. Xanlarova bankda xəzinədar vəzifəsində çalışıb. F. Qarayev isə bankın əməkdaşı olub. F. Rəşadətli mənimsəmə, digərləri vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR