Şamaxı sakini bıçaqlanıb

Şamaxı sakini bıçaqlanıb
# 06 iyun 2018 21:29 (UTC +04:00)

Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, Şamaxı şəhərinin Əliheydər Qarayev küçəsindəki 9 saylı mənzildə yaşayan 1978-ci il təvəllüdlü Qədimov Elxan Əlibaba oğlu bu gün axşam saat 23:00 radələrində qarın nahiyəsindən bıçaqlandığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, hazırda cərrahiyyə şöbəsində əməliyyat olunur. Xəstənin vəziyyəti ağır olaraq qalır. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR