BMT baş katibinin siyasi məsələlər üzrə müavini məlum olub

BMT baş katibinin siyasi məsələlər üzrə müavini məlum olub
# 29 mart 2018 00:42 (UTC +04:00)

ABŞ nümayəndəsi Rozmari Di Karlo BMT baş katibinin siyasi məsələlər üzrə müavini təyin edilib.

APA-nın xəbərinə görə, bu barədə BMT mətbuat katibliyinin məlumatında bildirilir.

Hazırda xarici işlər üzrə Milli Komitənin prezidenti və Yel universitetinin professoru olan Rozmari Di Karlo adıçəkilən vəzifədə digər ABŞ təmsilçisi Ceffri Feltmanı əvəzləyəcək.

Məlumata görə, R. Di Karlo 35 illik diplomatik və pedaqoji təcrübəyə malikdir. Vaxtilə ABŞ Dövlət Departamentində çalışan R.Di Karlo Avropa və Asiya məsələləri ilə məşğul olub, ABŞ-ın Rusiya və Norveçdəki səfirliklərində işləyib, həmçinin BMT-də ABŞ-ın daimi nümayəndəsinin müavini vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR