Bərdədə sürücü qəza nəticəsində ağır yaralanıb

Bərdədə sürücü qəza nəticəsində ağır yaralanıb
# 03 dekabr 2016 17:50 (UTC +04:00)

Bərdədə sürücünün ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə Bərdə-Ağdam yolunda baş verib. 1973-cü il təvəllüdlü Feruz Əliyev idarə etdiyi “VAZ-2109” markalı 10 CO 161 dövlət nömrə nişanlı maşınla, qarşı tərəfdən gələn 1981-ci il təvəllüdlü Adığızəlov Əlövsət Ələkbər oğlunun idarə etdiyi “Ford” markalı 99 EN 448 dövlət nömrə nişanlı maşınla toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, “VAZ-2109” markalı avtomobilin sürücüsü içkili olub və “Ford” markalı avtomobilin hərəkət zolağına çıxıb.

Bərdə Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən xəbərə görə, F. Əliyevin vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR