Ermənilər Azərbaycan Ordusunun hərbçisini yaralayıb

Ermənilər Azərbaycan Ordusunun hərbçisini yaralayıb
# 01 fevral 2017 15:38 (UTC +04:00)

Fevralın 1-də Ermənistan silahlı bölmələri avtomatik silahlardan və qumbaraatanlardan da istifadə etməklə cəbhə xəttində növbəti dəfə atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bölmələrimiz tərəfindən təxribatın qarşısı alınarkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İsayev Rauf Məhəmməd oğlu yaralanıb.

Ona təxirəsalınmaz tibbi yardım göstərilib. Hazırda vəziyyəti sabitdir, həyati təhlükə yoxdur.


Müdafiə Nazirliyi bildirir ki, düşmənin bu cür hərəkətlərinə qarşı lazımi cavab tədbirləri görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR