Baklıda metroda qadından telefon oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə dekabrın 13-də metronun “Elmlər Akademiyası” stansiyasında qatarda Bakı şəhər sakini G.İsrafilovanın cibindən mobil telefonunun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əliyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.