Bakıda “Mercedes” yolun ortasında dayanan taksiyə çırpılıb

Bakıda “Mercedes” yolun ortasında dayanan taksiyə çırpılıb
# 01 avqust 2017 23:26 (UTC +04:00)

Bakıda yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Aeroport şossesində qeydə alınıb.

Taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi “Samand” markalı avtomobil yolun sürətin yüksək olduğu zolağında xarab olub. Sürücü avtomobili elə həmin zolaqda da saxlayıb və baqaj qapısını açıb. Arxadan gələn “Mercedes” markalı avtomobilin sürücüsü yolun ortasında dayanmış “Samand”ı gec görüb. Nəticədə “Mercedes” “Samand”a çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR