İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
# 19 mart 2018 14:19 (UTC +04:00)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 1 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəzərov Asif Zakir oğlu müəssisəyə daxil olarkən üzərinə və əşyalarına baxış keçirilən zaman corabının içərisində gizlətdiyi 0.328 qram narkotik vasitə - heroin aşkar edilib.

Qeyd olunan faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR