Nazir: “Azərbaycan prezidentinin Qətərə səfərini hazırlayırıq”

Nazir: “Azərbaycan prezidentinin Qətərə səfərini hazırlayırıq”
# 31 yanvar 2017 09:37 (UTC +04:00)

“Xarici İşlər Nazirliyi olaraq hökumətin digər qurumları ilə əlimizdən gələni etməliyik ki, prezidentlərin qurduğu əlaqələri inkişaf etdirək. Biz Azərbaycan prezidentinin Qətərə səfərini hazırlayırıq”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.


Nazir bildirib ki, Azərbaycanla Qətər arasında fondun yaradılması və üçüncü ölkələrə birgə investisiyaların yatırılması müzakirə edilir: “Prezidentin Doha səfəri öncəsi bunları müzakirə etməyə hazırıq. İki ölkə arasında gizli mövzular yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR