Xaçmazda avtomobil 56 yaşlı kişini vurub

Xaçmazda avtomobil 56 yaşlı kişini vurub
# 06 fevral 2017 19:25 (UTC +04:00)

Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz rayon sakini,1961-ci il təvəllüdlü Atagülov Sabir Qulu oğlunu maşın vurub. Hadisədən sonra xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR