Ermənistan və Aİ viza rejiminin sadələşdirilməsi üzrə danışıqlara başlamağı planlaşdırır

Ermənistan və Aİ viza rejiminin sadələşdirilməsi üzrə danışıqlara başlamağı planlaşdırır
# 18 noyabr 2016 01:56 (UTC +04:00)

Ermənistan və Aİ tezliklə viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlayacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Xan bildirib.

“Ermənistan və Aİ viza rejiminin liberallaşdırılmasına dair danışıqlara başlayacaqlar. Aİ-yə üzv olan ölkələrdən bir neçəsi Ermənistanla viza rejiminin liberallaşdırılmasına razılığını versə də, Aİ-yə üzv olan 28 ölkənin hamısının razılığı gərəkdir”, - deyə Xan İrəvanda mətbuat konfransında bildirib.

Yohannes Xan İrəvanda Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramına üzv olan ölkələrin XİN rəhbərlərinin 8-ci qeyri-rəsmi görüşündə iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR