Koalisiya Rusiyanı Suriyanın müxalif qüvvələrinə zərbələr endirməkdə ittiham edib

Koalisiya Rusiyanı Suriyanın müxalif qüvvələrinə zərbələr endirməkdə ittiham edib
# 17 sentyabr 2017 05:48 (UTC +04:00)

İŞİD-lə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Rusiyanı “Suriya Demokratik Qüvvələri” (SDQ) adlandırılan müxalif qüvvələrinə aviazərbələr endirməkdə ittiham edib. APA-nın xəbərinə görə, bu barədə koalisiyanın bəyanatında bildirilir.

“Sentyabrın 16-da Qrinviç vaxtı ilə təxminən 12.30-da Rusiya qüvvələri Deyr əz-Zor şəhəri yaxınlığına aviazərbə endiriblər. Nəticədə koalisiyadakı tərəfdaş qüvvələrin döyüşçüləri yaralanıb”, - deyə koalisiyanın bəyanatında bildirilir.

Bəzi mənbələr zərbə nəticəsində 6 SDQ silahlısının yaralandığını bildirib.

Moskva aviazərbənin endirilməsi ilə bağlı qərarlar kəşfiyyat məlumatları dəqiq yoxlandıqdan sonra verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR