Türkiyənin “Hürriyyət” qəzetinin redaksiyası bir qrup şəxsin hücumuna məruz qalıb

Türkiyənin “Hürriyyət” qəzetinin redaksiyası bir qrup şəxsin hücumuna məruz qalıb
# 07 sentyabr 2015 05:50 (UTC +04:00)

Bakı-APA. Türkiyənin “Hürriyyət” qəzetinin redaksiyası bir qrup şəxsin hücumuna məruz qalıb.

APA-nın qəzetin saytına istinadən verdiyi xəbərə görə, aksiyaçılar Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın telemüsahibəsinin hurriyet.com.tr-də təhrif olunmasına etiraz ediblər.

Etirazçılar qəzetin redaksiyasına daxil olmağa cəhd ediblər. Onlar pəncərə və qapıları daşla qırıblar. Bir neçə mühafizəçi xəsarət alıb.

Hadisə yerinə çağırılmış polis aksiya içtirakçılarını ərazidən uzaqlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR