Rusiya FTX: Krıma daxil olmağa çalışan Ukrayna diversiya qrupu saxlanılıb

Rusiya FTX: Krıma daxil olmağa çalışan Ukrayna diversiya qrupu saxlanılıb
# 10 noyabr 2016 09:05 (UTC +04:00)

Rusiya Federal Təhlükəsizlik Xidməti Krıma daxil olmağa çalışan Ukrayna diversiya qrupunun üzvlərinin saxlanıldığını açıqlayıb.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, qurumun yaydığı məlumatda Krımda hərbi obyektlərə hücum planlaşdıran Ukrayna Müdafiə Nazirliyinə məxsus dəstənin üzvlərinin ötən gün Sevastopolda saxlanıldığı deyilir.

Onlarda partlayıcı vasitə, silah, döyüş sursatları, xüsusi rabitə vasitələri və ayrı-ayrı binaların xəritə-sxemləri olub.

Operativ axtarış tədbirləri və araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR