Yavər Camalov Əfqanıstanın Azərbaycandakı səfirini qəbul edib

Yavər Camalov Əfqanıstanın Azərbaycandakı səfirini qəbul edib
# 25 iyun 2015 14:08 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Yavər Camalov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan ilə Əfqanıstan arasındakı mövcud əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Səfir Mohammad Taqi Xəlili səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR