Vahid Ələkbərov kapitallaşma prosesini bitirən "Nikoil Bank"ı təbrik edib

Vahid Ələkbərov kapitallaşma prosesini bitirən "Nikoil Bank"ı təbrik edib
# 28 oktyabr 2016 07:39 (UTC +04:00)

"Nikoil Bank"ın nizamnamə kapitalının 150 mln. manatadək artırılması başa çatıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, "Nikoil Bank"ın əsas səhmdarı olan "TOPAZ Investments" QSC Bakı Fond Birjasında yerləşdirilən səhmlərin emissiyasını tam alıb.

"Beləliklə, bankın kapitalının ümumi məbləği 184 mln. 500 min manat təşkil edir.

Bankın son benefisiarı - Vahid Ələkbərov bankın kapitallaşmasının uğurla sona çatdırılması və bankın inkişafının yeni mərhələsinin başlanması münasibətilə Müşahidə Şurasını və menecmentini təbrik edir. V. Ələkbərov etibar və sədaqətinə görə bankın müştərilərinə öz minnətdarlığını bildirir, bankın Azərbaycanın biznes sahələrinin və əhalisinin maraqlarına uyğun uzun və səmərəli xidmət göstərəcəyini vurğulayır. Bank rəhbərliyi onun inkişafı naminə edilmiş sərmayəyə görə əsas səhmdara dərin minnətdarlığını bildirir. "Nikoil Bank" müştərilərinə ən etibarlı və müasir xidmətlər göstərmək və ölkənin iqtisadiyyatının inkişafına layiqli töhfəsini vermək üçün yeni mərhələyə keçir", - deyə məlumatda bildirilir.

"Nikoil Bank" Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR