Zaqatalada üç gün əvvəl ağır yanıq xəsarətləri alan 92 yaşlı qadın dünyasını dəyişib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, ağır yanıq xəsarətləri ilə Bakı şəhərindəki xəstəxanalardan birində müalicə alan 92 yaşlı Asiyat Məmmədova bu gün axşam saatlarında keçinib.
O, yanvarın 15-də səhər saatlarında Zaqatala şəhəri, İmam Şamil küçəsində yaşadığı fərdi evdə qaz sobasını yandırmaq istəyən zaman qəfildən baş vermiş partlayış nəticəsində ağır yanıq xəsarətləri almışdı. A.Məmmədovaya Zaqatala RMX-də ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirməsi üçün Bakı şəhərinə göndərilmişdi.