Klublararası dünya çempionatının təqvimi dəqiqləşib

Klublararası dünya çempionatının təqvimi dəqiqləşib
# 30 noyabr 2017 07:18 (UTC +04:00)

Klublararası dünya çempionatının tam təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışın püşkatması xeyli müddət əvvəl gerçəkləşsə də, təqvim iştirakçıların siyahısının tam müəyyənləşməsindən sonra dəqiqləşib.

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq sayca 14-cü dünya çempionatı dekabrın 6-da start götürəcək. Təşkilatçı ölkənin çempionu “Əl-Cəzirə” Okeaniyanın ən yaxşısı “Oklend Siti”nı sınağa çəkəcək.

Əbu-Dabi və Əl-Əyn şəhərlərində keçirilən mundialın 1/4 final matçları dekabrın 9-da, yarımfinal 12-13-də keçiriləcək. Turnirə dekabrın 16-da yekun vurulacaq.

Klublararası dünya çempionatının təqvimi

Pley-off

6 dekabr

1. “Əl-Cəzirə” (BƏƏ) – “Oklend Siti” (Yeni Zelandiya)

1/4 final

9 dekabr

2. “Paçuka” (Meksika) – “Vidad” (Mərakeş)

3. “Urava Red Diamonds” (Yaponiya) – 1-ci cütün qalibi

5-ci yer uğrunda oyun

12 dekabr

4. 2-ci cütün məğlubu – 3-cü cütün məğlubu

1/2 final

12 dekabr

5. “Qremio” (Braziliya) – 2-ci cütün qalibi

13 dekabr

6. “Real” (İspaniya) – 3-cü cütün qalibi

3-cü yer uğrunda oyun

16 dekabr

7. 5-ci cütün məğlubu – 6-cı cütün məğlubu

Final

16 dekabr

8. 5-ci cütün qalibi – 6-cı cütün qalibi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR