Zığ şosesində minik avtomobili ilə yük maşını toqquşub

Zığ şosesində minik avtomobili ilə yük maşını toqquşub
# 19 avqust 2017 06:52 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu Zığ şosesində “Lada” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar. Sürücü aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 05:49-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR