Dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 21% azalıb

Dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 21% azalıb
# 17 oktyabr 2016 15:59 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dəniz nəqliyyatı ilə cari ilin yanvar-sentyabr aylarında daşınmış yüklərin həcmi 4 milyon 024,3 min ton təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 21% azalıb.


Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 42,7%-ni neft yükləri təşkil edib.


Dəniz limanları tərəfindən 6 589,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 166,6 min tonunu və ya 93,6%-ni tranzit yüklər təşkil edib. Oktyabr ayının 1-i vəziyyətinə limanlarda qalan idxal yüklərin həcmi 41,8 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2015-ci ilin müvafiq dövrünə nisbətən 2,4 dəfə artaraq 14,2 min nəfər olub.

Ümumilikdə qeyd olunan dövr ərzindəki yükdaşımaların 2,4%-i dəniz nəqliyyatının payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR