Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb. - YENİLƏNİB

Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb. - <span style="color: red;">YENİLƏNİB
# 08 avqust 2017 14:02 (UTC +04:00)

Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri 2001-ci il təvəllüdlü Qasımov Salehin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

14:09

Sumqayıtda bir nəfər dənizdə batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində 1 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlayıblar.

Əlavə məlumat veriləcək.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR