İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma baş verib, ölən və yaralananlar var

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma baş verib, ölən və yaralananlar var
# 18 yanvar 2018 01:48 (UTC +04:00)

İordan çayının Qərb sahilində İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hərbçilər ötən həftə Cənin şəhərində öldürülən ravvin Raziel Şevaxın qətlində şübhəli bilinən fələstinlini güllələyiblər.

Qarşıdurma nəticəsində həmçinin 2 İsrail hərbçisi və 1 fələstinli yaralanıb.

“The Times of Israel” qəzetinin məlumatına əsasən, ölən fələstinli 2002-ci ildə İsrail hərbçiləri tərəfindən öldürülən HƏMAS qruplaşmasının liderlərindən biri Nəsir Cərarın oğlu Əhməd Cərardır. Məlumata görə, bölgədə İsrail ordusunun əməliyyatı davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR