NATO: Azərbaycanla güclü dialoqu bu il də davam etdirəcəyik

NATO: Azərbaycanla güclü dialoqu bu il də davam etdirəcəyik
# 04 mart 2019 11:16 (UTC +04:00)

“Azərbaycan NATO üçün vacib tərəfdaş və Sülh Naminə Tərəfdaşlıq proqramının vacib üzvüdür”.

Bu barədə ONA-ya NATO-nun mətbuat ofisindən məlumat verilib. Bildirilib ki, Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasına güclü töhfə verməyə davam edir: “Azərbaycan missiyanı qoşunla təmin edir və tranzit imkanları açır. Həmçinin Azərbaycan Əfqan Milli Ordusu Etimad Fonuna dəstək göstərir. NATO ölkənin seçdiyi bütün sahələrdə, o cümlədən uzunmüddətli əməkdaşlığımızın mövcud olduğu müdafiə sahəsində islahatların aparılmasında Azərbaycana dəstək göstərməkdə maraqlıdır. Bu, təkcə silahlı qüvvələrin modernizasiyası ilə bağlı deyil. Müdafiə islahatlarına həmçinin demokratik institut quruculuğu, təhlükəsizlik sahəsinə parlament nəzarəti, mülki müdafiə mütəxəssislərinin hazırlanması və müdafiə xərcləri ilə bağlı büdcə şəffaflığı məsələləri daxildir. Azərbaycan bunların bir çoxunda ciddi irəliləyişlər əldə edib. Görülməli işlər çoxdur və NATO Azərbaycana bu istiqamətdə irəliləyiş əldə etməsi üçün köməklik göstərməyə hazırdır”.

Vurğulanıb ki, NATO və Azərbaycan siyasi səviyyədə güclü dialoqa malikdirlər: “Brüssel və Bakı arasında yüksək səviyyəli müntəzəm səfərlər reallaşdırılır. Biz dialoqu bu il də davam etdirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR