Bank Of Baku

AZAL-ın təyyarəsi Türkiyədən qayıdarkən hava boşluğuna düşüb - VİDEO - YENİLƏNİB

AZAL-ın təyyarəsi Türkiyədən qayıdarkən hava boşluğuna düşüb - VİDEO  - YENİLƏNİB
# 07 avqust 2021 23:59 (UTC +04:00)

"Azərbaycan Hava Yolları"nın İstanbuldan Bakıya yola düşən (J2-176 reysi) A320 təyyarəsi Türkiyə səmasında güclü hava boşluğu zonasına düşüb.

APA xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, təyyarə yerli vaxtla saat 19:45-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Uçuş zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.

"Aviaşirkət yaranmış narahatlığa görə sözügedən reysin sərnişinlərinə öz üzrxahlığını bildirir.

Qeyd edək ki, uçuş zamanı turbulentlik normal haldır və hava gəmiləri üçün təhlükə törətmir. Belə təbii hadisə zamanı ciddi xəsarət almamaq üçün AZAL aviaşirkəti sərnişinlərə uçuş boyu kəmərləri bağlı saxlamağı, təşvişə düşməməyi və ekipajın tələblərinə əməl etməyi tövsiyə edir", - deyə məlumatda qeyd olunub.

***

Saat 22:06

Türkiyədən Azərbaycana gələn sərnişin təyyarəsində qorxulu anlar yaşanıb, təyyarə hava boşluğuna düşüb.

APA xəbər verir ki, bu barədə sərnişinlər sosial şəbəkələrdə videogörüntülər paylaşıblar.

Nəticədə sərnişinlər ciddi təlaş keçiriblər. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR