Litva Rusiya ilə sərhəddə hasar tikəcək

Litva Rusiya ilə sərhəddə hasar tikəcək
# 14 yanvar 2017 11:41 (UTC +04:00)

Litva Rusiya ilə sərhəddə hasar tikəcək.

APA-nın xəbərinə görə, bu barədə məlumatı “RİA Novosti” Litvanın Daxili İşlər Nazirliyin bəyanatına istinadən yayıb.

Bəyanatda deyilir ki, Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə hasarın inşasına 3,6 milyon avro ayrılıb.

Hasar boyu müasir nəzarət sistemi tətbiq ediləcək.

Bəyanatda qeyd olunur ki, hasar “Çin səddi” olmayacaq. Onun məqsədi ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən malların qarşısını almaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR