Lerikdə avtomobil körpüdən çaya aşıb, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Lerikdə avtomobil körpüdən çaya aşıb, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
# 18 dekabr 2019 13:17 (UTC +04:00)

Xəbərə fotolar əlavə edilib.

***

Saat 11:13

Lerikdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 17-də saat 18 radələrində Lerik rayonunun Babagil kəndi ərazisində rayon sakini M.Qurbanov idarə etdiyi KİA markalı avtomobili körpüdən çaya aşırıb.

Nəticədə sərnişinlərdən Nazim Ağayev hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdiriliblər.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR