“3 dekabr tarixi hər il dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. BMT Baş Assambleyasının qətnaməsinə əsasən, təsis olunan bu günün məqsədi ictimaiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına, onların sosial müdafiəsinə cəlb etməkdir. Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı siyasət ölkəmizin qoşulduğu “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına uyğun olmaqla, onların hüquqlarının dolğun şəkildə təmin olunmasına yönəlib”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.
Deputat deyib ki, ölkəmizdə məhdud fiziki imkanlı şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar: “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilir. Cəmiyyətin ümumi inkişaf prosesinə uyğun olaraq, eləcə də dövlət səviyyəsində həyata keçirilən islahatlar nəticəsində bu kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdıran, habelə ayrı-ayrı sosial məsələlərin həllinə imkanlar yaradan qanunlar qəbul edilir, sərəncamlar imzalanır, eyni zamanda onların maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların və digər sosial ödənişlərin məbləği mütəmadi olaraq artırılır. Respublikamızda sosial-iqtisadi sahədə dinamik inkişafın təmin olunması bundan sonra da məhdud fiziki imkanlı şəxslərin rifahının daha da yaxşılaşmasına imkan verəcək”.
F. Yıldırım qeyd edib ki, Azərbaycanda məhdud fiziki imkanlı şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb: “Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı əlilliyi olan şəxslərin də sosial təminatının yüksəlməsinə, reabilitasiya və cəmiyyətə inteqrasiyalarını sürətləndirməyə imkan verib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bu ilin oktyabr ayında Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi əlilliyi olan və digər həssas qruplara aid şəxslərə xüsusi qayğının daha bir təzahürüdür. Cənubi Qafqazda kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ilk ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan mərkəz həmin şəxslərin yaradıcılıq potensialının inkişafına və onların ictimai-mədəni sferada aktiv iştirakına geniş imkanlar açır. Sağlamlıq imkanları məhdud olan insanlara qayğı göstərmək təkcə dövlətin deyil, bütövlükdə cəmiyyətimizin vəzifəsi olmalıdır. Bu işdə fərd olaraq fəal olmalıyıq və ilin hər bir günü əlillərə diqqət və qayğı göstərilməlidir. Çünki heç kəs həyatında nələrin olacağını öncədən görmür, bilmir və bu səbəbdən də heç nədən sığortalanmayıb. Ona görə də, hər kəs özünün nə vaxtsa yaşaya biləcəyi bir hal kimi əlilə münasibət göstərməlidir. Əsas olan insana göstərilən dəyər, münasibətdir. Əlillik əngəl deyil, bu insanlar sadəcə fərqlidirlər. Bu tipli insanların arasında nə qədər istedadlı olanları, onların bacarıqlarını görürük. Bir daha cəmiyyət olaraq hamınızı sağlamlıq imkanı məhdud olan insanlara dəstək olmağa çağırıram. Bizlər öz diqqətimizlə, qayğımızla onları cəmiyyətimizə qazandıra bilərik”.
Deputat: “Azərbaycanda məhdud fiziki imkanlı şəxslər üçün hərtərəfli şərait yaradılıb”
Sosial
Dövlət qulluqçusunun 3 dəfədən artıq rotasiya olunmasına yol verilməyəcək
İnzibati vəzifələrlə bağlı daxili müsahibədə iştirak edəcək şəxslərin əhatə dairəsi müəyyənləşir
Dövlət qulluğuna qəbulla bağlı müsabiqədə müsahibə 2 mərhələdən ibarət olacaq
Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər
Xəbər Lenti
“Roubini Macro Associates”: Süni intellekt qlobal iqtisadiyyat üçün mühüm artım amilinə çevrilib
Dövlət qulluqçusunun 3 dəfədən artıq rotasiya olunmasına yol verilməyəcək
Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü bildirilir, araşdırma başlanılıb
İnzibati vəzifələrlə bağlı daxili müsahibədə iştirak edəcək şəxslərin əhatə dairəsi müəyyənləşir
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək
Dövlət qulluğuna qəbulla bağlı müsabiqədə müsahibə 2 mərhələdən ibarət olacaq
Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər
Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək
Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək
“Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanıb, 6 qanun ləğv ediləcək
Ziraat Bank Azərbaycan yeni Visa Infinite premium kartını istifadəyə verib
Gürcüstanda xüsusi əməliyyat keçirilib, İŞİD-ə qoşulan iki nəfər saxlanılıb
İqtisadiyyat naziri: Azərbaycanın əsas hədəfi nəqliyyat dəhlizlərini iqtisadi dəhlizlərə çevirməkdir
Nazir: Orta Dəhliz üzrə ticarət axınları 2030-cu ilədək üç dəfə arta bilər
Xəzərdə həlak olan Qazaxıstan hərbçilərinin sayı 14-ə çatıb, ölkədə bayraqlar endirilib - YENİLƏNİB-1
Mikayıl Cabbarov: Xarici şirkətlərin əksəriyyəti mənfəətini yenidən Azərbaycana yatırır
Ötən ay əlilliyə görə pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı açıqlanıb
Mikayıl Cabbarov: Azərbaycan regionlararası əlaqələri gücləndirməklə əlavə dəyər yaratmağı hədəfləyir
Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 9%-ə yaxın artıb
Azərbaycanda bankların xalis mənfəəti 23%-ə yaxın artıb
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
Bank sektrounun aktivləri 62 mlrd. manatı ötüb
APA TV-də XƏBƏRAPARAN - CANLI
Formula 2 üzrə Azərbaycan Qran-prisində sprint yarışı keçirilib
Bakıda keçirilən Formula 2 üzrə sprint yarışında zəncirvari qəza olub
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başlayıb
Bu ilin 8 ayında Azərbaycana 1586 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
Hindistanda erməni hərbçilərə “Akash” HHM sistemi üzrə təlim keçirilib
Pezeşkian: İran ABŞ-la noyabr seçkilərinədək razılaşmaya hazırdır
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Azərbaycan neftinin qiyməti 126 dollara yaxınlaşıb
Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Sabirabadda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - VİDEO - FOTO - YENİLƏNİB
AIIF 2026 çərçivəsində 12 sənəd imzalanacaq
İndiyədək 1300-dən çox şəxs kolleclərin boş qalan yerlərinə ixtisas seçimi üçün ərizəsini təsdiqləyib
Azərbaycan-Oman Birgə İnvestisiya Fondu “AzərTürk Bank”da pay əldə edəcək
Maştağa və Buzovnada bu gün qaz olmayacaq
Bəzi yerlərdə yağış yağır - FAKTİKİ HAVA
FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib - VİDEO
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızıl 4 300 dollar civarında ticarət olunur
Nyu-York birjasında təbii qazın qiyməti 3%-dən çox azalıb
Dünya bazarlarında neft ucuzlaşır
Bu gün paytaxtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI