Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçirilir

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçirilir
# 09 fevral 2018 09:14 (UTC +04:00)

Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası başlayıb.

APA-nın xəbərinə görə, iclas Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçirilir.

Qeyd edək ki, iclasda tərəflər "Şərq Tərəfdaşlığı" və "Avropa Qonşuluq Siyasəti" çərçivəsində mövcud münasibətlərin vəziyyətini, Avropa İttifaqı-Azərbaycan ikitərəfli sazişi üzrə aparılan danışıqlar, iqtisadi və ticarət əməkdaşlığı, Azərbaycanda iqtisadi islahatlar, demokratiya, qanunun aliliyi və insan hüquqları kimi siyasi məsələləri kimi məsələlər ətrafında müzakirələr aparacaq.

İclasın gündəliyində qeyd olunub ki, Əməkdaşlıq Şurasının üzvləri "Cənub Qaz Dəhlizi"nə dair məsələlər daxil olmaqla, enerji əməkdaşlığı məsələsini müzakirə edəcəklər.

İclasda mülki aviasiya razılaşmasına dair danışıqlar da nəzərdə tutulub.

Bundan başqa, E. Məmmədyarov və F. Mogerini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bir sıra digər regional məsələlərə toxunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR