Gəncədə 70 yaşlı qadın özünü 3-cü mərtəbədən atıb

Gəncədə 70 yaşlı qadın özünü 3-cü mərtəbədən atıb
# 08 fevral 2017 10:49 (UTC +04:00)

Gəncə şəhərində intihar hadisəsi baş verib. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

1947-ci il təvəllüdlü Məmmədova Rübayyə yaşadığı binanın 3-cü mərtəbəsindən özünü ataraq intihar edib.

İntiharın səbəbi məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR