"AzMeCo" nizamnamə kapitalını kəskin azaldıb

"AzMeCo" nizamnamə kapitalını kəskin azaldıb
# 12 oktyabr 2016 07:14 (UTC +04:00)

Bakı - APA-Economics. "Azerbaijan Metanol Co." MMC-nin ("AzMeCo") nizamnamə kapitalı azalıb.

"APA-Economics" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, şirkət nizamnamə kapitalının 100 mln. dollardan 550 min manatadək azaldığını elan edir.

Xatırladaq ki, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib ki, bu ilin sonuna qədər Azərbaycan Metanol Zavodu ("AzMeCo") SOCAR-ın tabeliyinə verilə bilər. “Hazırda SOCAR məhkəmənin müvafiq qərarını gözləyir. Bu qərara əsasən adıçəkilən zavod "Aqrarkredit" bank olmayan kredit təşkilatına keçməlidir. Bundan sonra zavod hərrac yolu ilə SOCAR-a satılacaq", - deyə S.Qasımov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR