"Petkim" istehsalını artırıb

"Petkim" istehsalını artırıb
# 11 avqust 2017 10:35 (UTC +04:00)

Bu ilin II rübündə Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” kompleksində 1 mln. 694 559 ton məhsul istehsal olunub.

APA-Economics” şirkətin bu ilin yanvar iyun ayları üzrə maliyyə hesabatına istinadən xəbər verir ki, bu ötən ilin analoji dövrü ilə müqayisədə 3,43% çoxdur.

Hesabat dövründə satış miqdarı 7,4% artaraq 1 mln. 5 min 241 ton olub. “Petkim Holding”in satış gəlirləri 59% artaraq 2,286 mlrd. lirədən 3,626 mlrd. lirəyə çatıb.

Bu ilin II rübündə kompleksin istehsal gücündən istifadə göstəricisi isə ötən ilin analoji dövründəki 94%-dən 96%-ə qaldırılıb.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. “Petkim” Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili olmaqla bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır. Kompleks illik 3,6 mln. ton istehsal gücünə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR