Azərbaycan prezidenti Avstraliya general-qubernatoruna məktub göndərib

Azərbaycan prezidenti Avstraliya general-qubernatoruna məktub göndərib
# 25 yanvar 2018 15:08 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Avstraliya İttifaqının general-qubernatoru Piter Kosqrovu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab General-Qubernator, ölkənizin milli bayramı-Avstraliya Günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan-Avstraliya münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. İnanıram ki, dostluq əlaqələrimizin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşməsi yolunda atdığımız addımlar bundan sonra da ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı olacaq. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR