Ötən ay Gürcüstandan Azərbaycana 2 mln. dollarlıq avtomobil idxal edilib

Ötən ay Gürcüstandan Azərbaycana 2 mln. dollarlıq avtomobil idxal edilib
# 21 fevral 2017 08:44 (UTC +04:00)

Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 2 mln. 9,6 min ABŞ dolları dəyərində 65 ədəd avtomobil gətirilib. Bu barədə "APA-Economics" Gürcüstanın Statistika Xidmətinə istinadən məlumat verib.

Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin yanvar ayı ilə müqayisədə 41 ədəd çoxdur. Məbləğ baxımından isə bu rəqəm 1 mln. 432,4 min dollar və ya 3,48 dəfə çoxdur.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayında Gürcüstandan Azərbaycana 577,2 min dollar məbləğində 24 ədəd avtomobil gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR