Urmiya Universiteti İran və Ermənistanın elmi sahədə əməkdaşlığı üçün koordinasiya mərkəzi seçilib

Urmiya Universiteti İran və Ermənistanın elmi sahədə əməkdaşlığı üçün koordinasiya mərkəzi seçilib
# 04 fevral 2018 07:31 (UTC +04:00)

İran və Ermənistanın Elm, Araşdırma və Texnologiya Birgə Komissiyasının ilk iclası keçirilib.

APA-nın "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, İran Elm. Araşdırma və Texnologiya Nazirliyinin müşaviri Hüseyin Salar Amoli iki ölkə arasında elmi əməkdaşlığın digər sahələrdə də əməkdaşlığa töhfə verəcəyini bildirib.

S. Amoli İran və Ermənistan arasında elmi əməkdaşlıqla bağlı "yol xəritəsi"nin hazırlanması üçün Urmiya Universitetinin elmi əməkdaşlıq koordinasiya mərkəzi olaraq müəyyən edildiyini açıqlayıb.

Ermənistan elm və təhsil nazirinin müavini Vahram Mekerdiçyan isə ölkəsinin "Baloniya prosesi"nə qatılmaq üzrə olduğunu və parlamentdə universitetlərin müstəqilliyini artıracaq yeni qanun layihələri qanun ediləcəyini nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR