Apreldə Azərbaycanda pul bazası azalıb

 Apreldə Azərbaycanda pul bazası azalıb
# 04 may 2018 14:38 (UTC +04:00)

Azərbaycanda pul bazası illik müqayisədə artıb, aprel ayında isə azalıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, may ayının 1-nə pul bazası 8 mlrd. 413 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə pul bazası 784,9 mln. manat və ya 10,29% artıb.

Apreldə Azərbaycanda pul bazası 1 mlrd. 58 mln. manat və ya 11,17% azalıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR