Pompeo: Venesuelada enerji böhranının səbəbi Maduro hakimiyyətinin səriştəsizliyidir

Pompeo: Venesuelada enerji böhranının səbəbi Maduro hakimiyyətinin səriştəsizliyidir
# 08 mart 2019 13:31 (UTC +04:00)

ABŞ dövlət katibi Maykl Pompeo Venesuela ərazisində elektrik enerjisi təchizatında yaranmış böhrana görə Nikolas Maduro hakimiyyətini günahlandırıb.

ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, M. Pompeo “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Venesuelada elektrik enerjisi təchizatının dayanmasına, sadə venesuelalıların əziyyət çəkməsinin səbəbi ABŞ, Kolumbiya, Ekvadov, Braziliya, Avropa deyil, Maduro hakimiyyətinin səriştəsizliyidir.

Qeyd edək ki, dünən paytaxt Karakas və ölkənin 25 ştatından 23-də elektrik enerjisi təchizatı dayanıb. Venesuela Milli Elektrik Şirkəti baş verən enerji böhranının səbəbinin ölkədəki ən böyük su elektrik stansiyasındakı təxribat olduğunu bəyan edib. Prezident Nikolas Maduro da baş verənlərə görə “Amerika imperializmi”ni günahlandırıb.

Artıq Venesuela ştatlarının əksəriyyətinə elektrik enerjisinin verilişi bərpa olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR