Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdiri, tanınmış vəkil Eleonora Rəcəbova vəfat edib.
APA-nın xəbərinə görə, Vəkillər Kollegiyasının üzvü Eleonora Viktorovna Rəcəbova bu gün 89 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Eleonora Rəcəbova Azərbaycan Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə səmərəli fəaliyyəti, peşəkar təşkilatçılıq bacarığına görə “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” adına layiq görülüb.